• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Onu qızla öpüşdüyünə görə öldürməyiblər”

“Onu qızla öpüşdüyünə görə öldürməyiblər”

Martın 14-də Bakının Yasamal rayonunda qətlə yetirilən 25 yaşlı Elçin Dəmirovun yaxınları mərhumun barəsində gedən yazılara etiraz edirlər.

E.Dəmirovun yaxınları bildiriblər ki, mərhumu qətlə yetirən şəxs narkoman olub və cinayət heç də qız üstündə olmayıb: "Yalandan deyirlər ki, Elçini qıza görə qətlə yetiriblər. Yalandır. Həmin gün Elçin qızla görüşməyib. Ümumiyyətlə, onun daha öncə Fərrux Zeynalovla heç bir əlaqəsi olmayıb".

Qeyd edək ki, martın 12-də Yasamal rayonu İ.Qutqaşınlı küçəsində Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Fərrux Zeynalov münaqişə zəminində 25 yaşlı Elçin Dəmirova ürək nahiyəsindən bıçaqlayıb. Elçin Dəmirov xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Cinayəti törədən Fərrux Zeynalov həbs edilib. Fərrux Zeynalovun 25 yaşlı oğlanı öldürməsinin bəzi təfərrüatları məlum olub. Qeyd olunur ki, hadisə vaxtı Fərrux Zeynalov parkda məşq edirmiş. Həmin vaxt Elçin Dəmirov orada bir qızlı öpüşürmüş. Fərrux Elçin Dəmirova qızla öpüşməsini irad tutub. O, deyib ki, bura yaşayış sahəsidir, qohumları, qonşuları var. O, Elçinə başqa yerdə qızla görüşməsini məsləhət görüb. Elçin isə Fərruxa mübahisəni həll etmək üçün başqa yerdə görüşməyi təklif edib. Gənclər təyin etdikləri görüş yerində yenidən mübahisə ediblər. Mübahisə zamanı Fərrux özündə olan bıçağı Elçin Dəmirovun ürəyinə sancıb.

Məlumata görə, ölən Elçin Dəmirov 2010 cu ildə Bakı Dövlət Universitetinin "Tətbiqi Riyaziyyat " fakultəsini bitiribmiş. Onun istədiyi qız isə hazırda BDU-da "Kimya" fakultəsində təhsil alır. Elçin Dəmirov Lənkaranda aparılan bir inşaat işində rəhbər vəzifəsində çalışdığı bildirilir.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

E.Dəmirovun yaxınları bildirirlər ki, istintaq getdiyindən bu cür yanlış məlumatları mətbuata ötürmək düzgün deyil: "Cinayətin nə üstündə baş verdiyini istintaq müəyyənləşdirəcək. İstintaq bitməmiş mətbuatın cinayətin detallarını yazması bizi narahat edir və mərhumla bağlı ictimaiyyətdə yanlış fikirlərin formalaşmasına səbəb olur". /Teleqraf.com

Xəbər lenti

DAHA ÇOX XƏBƏR