Xalq artistinin ailəsini dağıdan 200 minlik maşınla bağlı RƏSMİ AÇIQLAMA - Yeniləndi
Bizi izləyin

Qırmızı.az

Xalq artistinin ailəsini dağıdan 200 minlik maşınla bağlı RƏSMİ AÇIQLAMA - Yeniləndi

Xalq artistinin ailəsini dağıdan 200 minlik maşınla bağlı RƏSMİ AÇIQLAMA

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) qurumun sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətovun adı hallanan və ölümlə nəticələnən ağır yol qəzasına münasibət bildirib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dəki mənbədən Publika.Az-a verilən məlumata görə, ötən gecə Bakının Suraxanı rayonu ərazisində, Zığ şossesində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı “Mercedes Galenvagen G55 AMG” markalı avtomobillə qəza törədən şəxs Xalid Mədətov olmayıb.

Mənbənin sözlərinə görə, “Mercedes Galenvagen G55 AMG” markalı avtomobil X.Mədətovun adına olsa da, ancaq qəza baş verən zaman avtomobili X.Məmmədovun yaxını olan şəxs idarə edirmiş.

Mənbə həmçinin qeyd edib ki, bu gün Mübariz Mədətov da Bakının Zığ qəsəbəsində yerləşən iş yerinə gəlməyib.

Onu da bildirək ki, Publika.Az olaraq sözügedən məsələ ilə əlaqədar Mübariz Mədətovla telefon əlaqəsi saxlamaq cəhdimiz boşa çıxıb. Zəng etdiyimiz müddətdə M.Mədətov mobil telefonunu söndürmüşdü.

Xatırladaq ki, ötən gecə Bakının Suraxanı rayonu ərazisində, Zığ şossesində ağır yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, hava limanı istiqamətində hərəkət edən "Mercedes" və "VAZ-2106" markalı avtomobillər toqquşub. "VAZ-2106"-ya çırpılan "Mercedes" aşıb və hadisə yerindən təxminən 200-250 metr aralıya düşüb.

Qəza nəticəsində xalq artisti, tanınmış tarzən 1950-ci il təvəllüdlü Abdullayev Ağasəlim Sahib oğlu və ailə üzvlərinin olduğu avtomobil yüksək sürətlə hərəkət edən “Mercedes Galenvagen G55 AMG” markalı avtomobilin zərbəsinə tuş gəlib. Qəza nəticəsində, Xalq artistinin həyat yoldaşı, 1959-cu il təvəllüdlü Abdullayeva Brilliant Qulammirzə qızı və nəvəsi, 2008-ci il təvəllüdlü Abdullayev Ağasəlim Vüqar oğlu hadisə yerindəcə keçinib. Xalq artisti Ağsaləlim Abdullayev, avtomobilin sürücüsü, onun oğlu Vüqar Abdullayev və 30 yaşlı gəlini Abdullayeva Səadət Ziyafəddin qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xalq artistinə qapalı kələ-beyin travması diaqnozu qoyulub. Yaralıların vəziyyəti orta ağırdır.

Qəzaya “Mercedes Galenvagen G55 AMG”-nin sərxoş sürücüsünün avtomobili yeksək sürətlə idarə etməsinin səbəb olduğu bildirilir.

Vasif Həsənli

12.32

Daxili İşlər Nazirliyi xalq artisti Ağasəlim Abdullayevin düşdüyü qəza ilə bağlı məlumat yayıb.

Publika.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, martın 15-də saat 01 radələrində Suraxanı rayonu Zığ şosesində Bakı şəhər sakinləri Vüqar Abdullayevin idarə etdiyi “VAZ-2106” markalı və Xalid Mədətovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

V.Abdullayevin sərnişinləri - azyaşlı oğlu Ağasəlim və anası Brilyant Abdullayeva hadisə yerində ölmüş, atası Ağasəlim Abdullayev və Səadət Abdullayeva xəstəxanaya yerləşdiriliblər. Nəticədə V.Abdullayevin sərnişinləri - azyaşlı oğlu Ağasəlim və anası Brilyant Abdullayeva hadisə yerində ölüb, atası Ağasəlim Abdullayev və Səadət Abdullayeva xəstəxanaya yerləşdiriliblər.

Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm