Qırmızı.az
Ağcabədidə körpü qəzalı vəziyyətə düşüb
Qarqarçayın Ağcabədi rayonu ərazisindən keçən hissəsinin üzərində 1956-cı ildə inşa edilən körpüdə çökmə müşahidə olunur. Teleqraf.com-un ElTV-yə istinadən verdiyi məlumata görə, buna görə də ağır tonnajlı yük avtomobillərinin həmin körpünün üzəri ilə hərəkətinə məhdudiyyətlər qoyulub. Ağcabədi 33 saylı Yol İstismar İdarəsinin baş mühəndisi Yaşar Piriyevin bildirdiyinə görə, körpü istismar müddətini başa vurmayıb. Lakin körpü sovetlər dönəmindəki ağır tonnajlı avtomobillər üçün nəzərdə tutulub. Hazırkı yük avtomobillərinin çəkisinə isə tab gətirmir. Körpünün dayaqlarında çökmə yaradan əsas səbəblərdən biri də budur. Yaşar Piriyev onu da bildirib ki, körpünün altından daimi su axını var. Suyun güclü axını da nizamlayıcı qurğularda çatlar yaradıb. Hazırda idarə tərəfindən qismən də olsa, dayanıqlılığı təmin etmək məqsədi ilə müəyyən işlər görülüb. Beton pilitələrlə suyun dirəkləri yuması məhdudlaşdırılıb. Müvafiq qurumlar da əraziyə baxış keçirib. Qısa müddət ərzində körpünün ya əsaslı təmiri, ya da yenisinin inşa edilməsi planlaşdırılıb. |
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ