Bu gün Xocavəndin işğalı günüdür
Bizi izləyin

Qırmızı.az

Bu gün Xocavəndin işğalı günüdür

Bu gün Xocavəndin Ermənistan silahlı birləşmələri tərəfindən işğalından 23 il ötür. Rayon Ağdam - Füzuli avtomobil yolu kənarında, dağətəyi düzənlikdə yerləşir.

Xocavənd rayonu 1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildikdən sonra Martuni və Hadrut rayonlarının bazasında yaradılıb. Ərazisi 1458 kvadratkilometr olan Xocavənd rayonunda 1 şəhər, 2 qəsəbə, 81 kənd olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanı qədim yaşayış məskəni kimi dünyada tanıdan abidələrdən biri, dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşən, uzunluğu 190 metr, əhəng daşları oksfordkimeric dövrünə aid olan Azıx mağarası Xocavənd rayonunun Füzuli rayonuna yaxın, Azıx kəndinin 1 kilometr cənub-şərqində yerləşir.

İşğal altında olan Xocavəndin ərazisi bütövlükdə ekoloji terrora məruz qalıb. Azıx mağarasını ermənilər silah anbarına çeviriblər. Rayonun ərazisində yerləşən və ümumi sahəsi 25,5 min hektar olan Xocavənd meşəsində palıd ağacları qırılaraq ermənilər tərəfindən daşınıb, Xonaşen çayının kənarlarında bitən təbii meşə isə tamamilə məhv edilib. Xocavəndin Yelli Gədik sahəsində Füzuliyə gedən yolun sağ və sol tərəflərində avtomobil yollarının mühafizəsi məqsədilə əkilən ağaclar da kəsilib.

Məlum Qarabağ hadisələri başlayandan sonra Xocavəndin kəndləri işğal olunmuş, sakinləri respublikamızın 39 rayon və şəhərində məskunlaşmışlar.

Xocavənd qəhrəman rayondur. Yüzdən çox xocavəndli vətən uğrunda döyüşlərdə şəhid olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm