Elnarə Tofiqqızının ölümü ilə bağlı xəbər istintaqa göndərildi
Bizi izləyin

Qırmızı.az

Elnarə Tofiqqızının ölümü ilə bağlı xəbər istintaqa göndərildi

Elnarə Tofiqqızının ölümü ilə bağlı xəbər istintaqa göndərildi

“Cinayət Prosessual qanunvericiliyin tələbinə əsasən, açıqlamalar KİV tərəfindən rəsmi şəkildə istintaqa təqdim edilməlidir. Bu gün yazılı müraciətimizə əsasən həkimlərin APA İnformasiya Agentliyinə verdiyi açıqlama əsasında hazırlanan və istintaq işinə yardım edəcək “Nazirlik: Elnarə Tofiqqızının ölümü ilə bağlı Səhiyyə nazirinə edilən müraciət araşdırılır” yazısı rəsmi qaydada Nəsimi Rayon Prokurorluğuna təqdim edildi”.

Bu sözləri tənqidçi Elnarə Tofiqqızının ölüm işi üzrə Nəsimi Rayon Prokurorluğunda başlayan cinayət işində zərərçəkənin hüquqlarını müdafiə edən hüquqşünas Səməd Vəkilov bildirib.

S.Vəkilov deyib ki, istintaqın uzanması ölüm hadisəsinin iştirakçısı olmuş həkimlərin isterikaya qapılmasına və bu təsir altında da reallıqları etiraf etmələrinə səbəb olur: “APA İnformasiya Agentliyində “Nazirlik: Elnarə Tofiqqızının ölümü ilə bağlı Səhiyyə nazirinə edilən müraciət araşdırılır” başlıqlı yazıda cərrahi əməliyyatda iştirak etmiş onkoloq Mahir Məmmədov mərhum Elnarə Tofiqqızının “Medi Sina” Klinikasında əməliyyat etmək istəmədiyini, assisent Fərəcullah İdrisovun həmin klinikanı təkidlə seçdiyini bildirir. Anestezioloq F.İbrahimov da onkoloqu günahlandırır. Bilirsiniz ki, müvəkkili olduğum Anar Niftəliyev məhz F.İdrisovun tamah məqsədi ilə mərhum E.Tofiqqızının “Medi Sina” klinikasinda əməliyyat olunmasında maraqlı olduğu qənaətindədir. İstintaqın obyektiv nəticəyə gəlməsi üçün bu cür açıqlamalar ciddi şəkildə araşdırılmalıdır və buna görə də müraciətimiz əsasında APA bu məlumatları rəsmi qaydada istintaqa təqdim etdi”.

Hüquqşünasın fikrincə, sözügedən açıqlamanın istintaq tərəfindən ciddi şəkildə araşdırılması təqsirləndirilən şəxslərin dairəsini müəyyən etməkdə həlledici rol oynayacaq.

Qeyd edək ki, 1977-ci il təvəllüdlü E.Tofiqqızı ötən il sentyabrın 20-də Bakının Nəsimi rayonunda yerləşən “Medi Sina” Tibb Mərkəzində süd vəzi kanalında papillomadan əməliyyat zamanı vəfat edib. Ölüm işi ilə bağlı sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda cinayət işi qaldırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm