• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Avropalılar internet mağazalara nə qədər xərcləyir?

Avropalılar internet mağazalara nə qədər xərcləyir?

Avropanın 12 böyük ölkəsinin istehlakçıları ötən il internetdə həyata keçirilən alış-verişə ümumilikdə 180 milyard avro xərcləyiblər ki, bu da bir il əvvəlin göstəricisindən 10 milyard avro çoxdur. Elektron ticarət xüsusilə Avropa İttifaqı (Aİ) ölkələrində sürətlə artır.

Publika.az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən xəbər verir ki, bu barədə Belçika, Danimarka, Finlandiya, Fransa, İtaliya, Niderland, Norveç, Polşa, İspaniya, Böyük Britaniya, İsveç və Almaniyanın 11 min istehlakçısı arasında sorğu keçirən “PostNord” logistika şirkətinin “Avropada elektron ticarət” hesabatında deyilir.

Skandinaviya poçt şirkətinin məlumatına görə, getdikcə daha çox avropalı internetdə alış-veriş edir və əvvəllər olduğundan çox pul sərf edir.

Bundan başqa, transsərhəd ticarətin populyarlığı artır. 2014-cü illə müqayisədə xarici internet mağazasında ən azı bir dəfə alış-veriş edən avropalıların sayı 11 milyon artıb. Bu bazarlıq növü istehlakçıların 70 faizinin transsərhəd alış-veriş etdiyi Skandinaviya ölkələrində ən populyardır. Bu, Böyük Britaniyadan 58, Almaniyadan 53 faiz çoxdur.

Hesabata görə, Britaniyada onlayn edilən ən böyük alış-verişin dəyəri 1028 avro təşkil edir. Müqayisə üçün qeyd edək ki, Skandinaviyada istehlakçılar internetdə alış-verişə orta hesabla 549 avro, İtaliyada 295 avro xərcləyir.

Avropanın bütün bazarlarında ən populyar mal kateqoriyaları geyim və ayaqqabı, məişət texnikası və kitablardır. Lakin ərzaq onlayn mağazalarının da populyarlığı artmaqdadır. Bunu xüsusilə Britaniya, eləcə də Almaniya və Fransada müşahidə etmək mümkündür.

Sorğunun keçirildiyi ölkələrin əksəriyyətində debet və kredit kartları ən populyar onlayn ödəniş üsuludur. Skandinaviya ölkələri və Belçika istisna olmaqla əksər Avropa ölkələrində “PayPal” və oxşar ödəniş sistemlərindən daha çox istifadə edilir.

Gülnar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR