ƏƏSMN 600-dən çox adamı işlə təmin edib
Bizi izləyin

Qırmızı.az

ƏƏSMN 600-dən çox adamı işlə təmin edib

Bakı, Sumqayıt, Naxçıvan, Gəncə və Mingəçevir şəhərlərindəki Əmək birjaları yanvar-fevral aylarında 620 nəfərdən çox şəxsi müvəqqəti xarakterli iş yerləri ilə təmin edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Publika.Az-a verilən məlumata görə,nazirliyin Dövlət Məşğulluq Xidmətinin vətəndaşlardan 373 nəfərini qadınlar, 245 nəfərini gənclər təşkil edib.

Qeyd edək ki, Əmək birjaları natamam iş günü və natamam iş həftəsi üzrə işləyənlərin boş vaxtları ərzində əlavə qazanc əldə etmələri üçün onların qısa müddətli işlərlə təmin olunmasına köməklik göstərir. Bu məqsədlə əhalidən və ayrı-ayrı iş adamlarından müxtəlif növ işlərin görülməsinə dair sifarişlər qəbul olunaraq belə işlər üçün müraciət edən vətəndaşlara təklif edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm