Hərbçilərimiz beynəlxalq tədbirlərdə iştirak edəcəklər
Bizi izləyin

Qırmızı.az

Hərbçilərimiz beynəlxalq tədbirlərdə iştirak edəcəklər

Oktyabrın 4-dən 9-dək Helsinki şəhərində Beynəlxalq Dil Koordinasiyası Bürosunun “Peşəkarlıq səviyyəsinin artırılması” mövzusunda seminar, oktyabrın 5-dən 9-dək Ankarada “Eternity-2015” komanda qərargah təlimi, oktyabrın 5-dən noyabrın 27-dək Buxarestdə intensiv ingilis dili kursu, oktyabrın 6-dan 8-dək Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan Silahlı Qüvvələrinin üçtərəfli əməkdaşlıq fəaliyyətlərinin əlaqələndirilməsi üzrə Koordinasiya Qrupunun toplantısı keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, bu tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm