• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Hüseyn Dəryanın keçmiş xanımı: "O, bunu etməməliydi" - FOTO, VİDEO

Hüseyn Dəryanın keçmiş xanımı: "O, bunu etməməliydi" - FOTO, VİDEO

Məşhur reper Hüseyn Dərya səhər saatlarında dünyasını dəyişib. Keçmiş həyat yoldaşı Sona Muradova azadqadin.az saytına gözyaşları içərisində "Hüseyni itirdik" bildirib.

Sayt bildirir ki, bu ölüm xəbərindən şok keçirən Sona Muradova hələ də baş verənlərə inanmadığını söyləyib: "Boşanmağımıza baxmayaraq o, mənim oğlumun atası və illərlə sevdiyim, həbsxanadan normal həyata dönməsi üçün mübarizə apardığım bir insan idi. Bu xəbəri eşitdiyim andan göz yaşlarım qurumur. Allah rəhmət etsin. O həyatından bezmişdi, ölmək istəyirdi. Nə qədər çalışsaq da, onu depresiyadan çıxarda bilmirdik. Narkotikadan çox istifadə edirdi ki, həyatına son versin. Dəfələrlə buna görə xəstəxanaya düşən Hüseyni həkimlər xilas etmişdilər. Amma bu dəfə alınmadı. Düşünürəm ki, bu adi yol qəzası deyil. O, bununla yəqin intihar etmək istəyib. Maşınına çırpılan sürücü də bunu təsdiqləyib ki, qan içərisində olarkən "mən ölmək istəyirəm, yaşamaqdan bezmişəm" deyib. Baş verənlərə görə çox üzgünəm. O, bunu etməməliydi"

Qeyd edək ki, bu gün dünyasını dəyişən məşhur reper Hüseyn Dəryanın ölümü ilə əlaqədar bəzi məqamlara xəstəxanadan da aydınlıq gətirilib. 3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinin müdiri Namiq Dəmirçiyevin ANS PRESS-ə verdiyi məlumata görə, Hüseyn Dərya bu gün saat 09:30 radələrində keçinib. Həkimin sözlərinə görə, reper xəstəxanaya gətirilərkən vəziyyəti kritik olub.

"Hüseyn Dərya xəstəxanaya gətiriləndə huşu özündə olub. Lakin vəziyyəti olduqca ağır idi. Xəstədə kəllə-beyin travması, döş qəfəsinin küt travması aşkarlanmışdı. Həkimlərimizin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmadı. Biz onun öldüyünü əvvəlcə mətbuata açıqlamadıq ki, bəlkə onu həyata qaytara bildik. Lakin bütün cəhdlərimizə baxmayaraq, bu mümkün olmadı”, - deyə Namiq Dəmirçiyev bildirib.

Namiq Dəmirçiyev onu da əlavə etdi ki, bunadək 2 həftə dalbadal Hüseyn Dərya xəstəxanaya gətirilib. Hər dəfə də o, qəbul etdiyi narkotik maddələrin təsirindən ölümcül hala düşübmüş. Lakin həkimlər onun həyatını xilas edə bilmişdilər.

"Bu dəfə onu xilas edə bilmədik. Onun xəsarətləri ağır idi”, - deyə həkim bildirib.

Hüseyn Dəryanın qəzaya düşərkən narkotik vasitə qəbul etdiyi barədə suala isə Namiq Dəmirçiyev bunun hələ dəqiq məlum olmadığını bildirdi.

Qeyd edək ki, ötən gün saat 23 radələrində Hüseyn Dərya idarə etdiyi "Opel Astra” markalı 99 EK 575 nömrə nişanlı minik avtomobili idarə edərkən Heydər Əliyev Beynəlxalq Hava limanına gedən yolda qəzaya düşüb.

Hüseyn Dərya dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Hüseyn Dərya qəza nəticəsində qapalı kəllə-beyin travması alıb. Sağ qamış sümüyü sınıb. Onu reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Hüseyn Dərya kimdir?

Reper 1975-ci ildə doğulub.

2000-ci ildə, demək olar ki, bir günün içərisində tanınmağa başlayan reper ilk olaraq efirlərə "Kef elə" mahnısı ilə çıxmışdı. Bu klip və rep yayımlanandan sonra bir anın içərisində Azərbaycanda bu reperin fanat ordusu yaranmışdı.

Daha sonra isə o, tez-tez narkotikadan istifadə və ailəsindəki qalmaqallarla gündəmə gəlib.

Reper Bakı Dövlət Universitetinə daxil olsa da, təhsildən imtina edərək hərbi xidmətə getdiyini açıqlamışdı.

Onun son mahnısı isə "Can vətənim olub".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR