Qırmızı.az
Telman İsmayılov müflis oldu
Rusiyada fiziki şəxslərin müflisləşməsi haqqında bir
müddət əvvəl qüvvəyə minmiş qanun çərçivəsində "Bank Moskvı"
Çerkizov bazarının keçmiş sahibi, AST qrupunun təsisçisi Telman
İsmayılovun müflisləşməsi haqqında ərizə verib.
Bank ondan 286 mln. dolların qaytarılmasını tələb edir.
Oxu.Az xəbər verir ki, ərizəyə əsasən, İsmayılovu "Ruslayn 200"
MMC və Tropicano Finance B.V. şirkətlərinin müqavilə ilə müəyyən
edilmiş müddətdə 230 mln. dolları qaytaracaqlarına verdiyi
zaminliklə əlaqədar müflisləşmiş elan etməyi tələb edirlər.
"İsmayılov Telman Mərdan oğlu uzun müddətdir pul öhdəliklərini
icra etmədiyi üçün belə qərara gəlmək olar ki, o, ödəmə
qabiliyyətli deyil", - deyə bəyanatda bildirilir.
Vəziyyətlə tanış olan mənbənin sözlərinə görə, bankın
nümayəndələri əvvəlcə borclar haqqında məsələni dinc yolla həll
etmək istəyiblər, lakin uğursuzluğa düçar olduqdan sonra məhkəmədə
iddia qaldırıblar. Bu iddia üzrə qərara əsasən, İsmayılovun adına
rəsmi qeydiyyatda olan bütün əmlaka həbs qoyulub.
Qeyd edək ki, son illər Azərbaycan əsilli milyarderin işləri
yaxşı getmir.
Forbes-in məlumatına görə, 2015-ci ilin aprelində AST şirkətlər qrupunun prezidenti Telman İsmayılov 200 ən varlı rusiyalı sahibkarın daxil olduğu siyahıda 0,6 mlrd. dollar sərvətlə 144-cü yeri tuturdu, ötən dövr ərzində onun sərvəti 0,15 mlrd. dollar azalmışdı.
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!