ƏƏSMN müharibə əlilləri və şəhid ailələrinə 24 ev təqdim etdi
Bizi izləyin

Qırmızı.az

ƏƏSMN müharibə əlilləri və şəhid ailələrinə 24 ev təqdim etdi

Ölkə prezidentinin 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən respublikamızın bölgələrində inşa etdirilən fərdi yaşayış evlərindən 10 ədədi Ağdam rayonunda, 14 ədədi isə Ağcabədi rayonunda müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. Publika.az ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, tədbirlərdə ƏƏSMN-in, adıgedən rayonların İH-nin, əlil ictimai birliklərinin nümayəndələri və yerli sakinlər iştirak ediblər.

Fərdi yaşayış evlərinin müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilməsi zamanı ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev ölkəmizdə müharibə əlilləri və şəhid ailələrinin sosial təminatının daim gücləndirildiyini, onların rifah halının yaxşılaşdırılması yönündə mühüm addımların atıldığını diqqətə çatdırıb.

Yeni fərdi yaşayış evi ilə təmin olunan ailə üzvləri, eləcə də yerli sakinlər ürək sözlərini bildirərək müharibə əlilləri və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına göstərdiyi yüksək diqqət və qayğıya görə prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm