Qırmızı.az
Əsir azərbaycanlılarla bağlı dəhşətli faktlar - FOTOLAR
Avrasiya Türk Qadınlar Birliyi Azərbaycanla bağlı şok statistika açıqlayıb.
Baku.ws-in məlumatına görə, Hollandiyanın Lahey şəhərində yerləşən birlik "Bütün türk dünyasının utancı, Ermənistanda türk qadınlar əsir saxlanılır" mövzusunda panel təşkil edib.
Paneldə çıxış edən natiqlər Qarabağda əsir düşən Azərbaycan vətəndaşlarının sayının 4700 nəfər olduğunu açıqlayıb. Haaqa Avrasiya Türk Qadınlar Birliyi rəhbəri Fatma Aktaş bu əsirlərin 2700-nün qadın və uşaqlardan ibarət olduğunu bildirib. Ümumilikdə qadın əsir sayının 1400-dən çox olduğu söylənilib.
Hazırda həmin azərbaycanlıların əsirlikdə saxlanıldığını deyən birlik sədri 24 ildir davam edən bu əsirlik hadisəsini yaxından təqib etdiklərini bildirib: "Bunu hər il gündəmdə tutmağa çalışırıq. Türk dünyasında belə mövzulara çox az maraq var. Ermənistana əsirlərə görə siyasi və iqtisadi təzyiq edilmir. Əsir qadınların və uşaqların üzərində tibbi təcrübələr aparılır".
Qeyd edək ki, Qarabağ döyüşlərində 20 mindən çox Azərbaycan vətəndaşı şəhid olub. Minlərlə insan yaralanıb. 50 mindən çox adam şikəst olub. Rəsmi məlumatlara görə isə Qarabağ müharibəsində ümumi əsir düşənlərin sayı 4354 nəfərdir. Bunlardan 3503-ü əsgər, yerdə qalan 841 nəfər isə sıravi vətəndaşlardır. Əsir düşənlərdən 269-u qadın, 46-sı isə uşaqlardır.
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO