• USD 1,7369 0,00% EUR 1,8716 0,00%
    • GBP 2,1974 0,00% RUB 0,0274 0,00%

İradə İsaq: "Gedin, namaz qılın, əclaflar"

İradə İsaq: "Gedin, namaz qılın, əclaflar"

Hüseyn Dəryanın son dəfə qonaq olduğu proqramın aparıcısı İradə İsaq onun ölümü ilə bağlı qınaq və ittiham dolu fikirlər bildirib.

Publika.az xəbər verir ki, İradə İsaq öz Facebook səhifəsində belə yazıb:

“İçkili idi dedilər, narkoman dedilər verilişdən sonra... Asan deyil, asan deyil insan haqda şər danışmaq. Depressiyaya saldız Hüseyni, zəng vurdu mənə ki, insanlar niyə belə şər-böhtan danışır. İnsanların içində yaşaya bilmirəm. Onun depressiyaya düşdüyünü gördüm və mən də çoxları ilə Hüseynə görə düşmən oldum. Haqsız danışdıqlarına görə. Hüseynə Allah son dəfə macal verdi ki, bütün günahlarını, səhvlərini etiraf etsin. Özü də verilişdə bunu dedi. Bu Allah tərəfindən kodlaşıb ki, mən gəlib sizin verilişdə çıxıb, hər şeyi etiraf edim. Ey sərsəm jurnalist və digərləri, arsız deyildi o. Siz öldürdünüz onu. Ruhdan saldınız. O, düzəlmək istəyirdi. Verilişdən sonra danışdıq ki, ailəsi ilə barışdırım onu. Oğlu ilə görüşə getmişdi. Sona xanım mənə zəng vurmuşdu. Amma ruhdan saldız, “insanlar mənə inanmır, - dedi, - İradə xanım. Kömək edin”.

Siz nə etdiz?! Öz qarnınızın qurdu, şər-böhtan sözlərinizlə onu öldürdünüz. İmkan vermədiz onu qaytaraq. Gedin, namaz qılın, əclaflar. O şər-böhtanı divara demirdiz, insana deyirdiz. İntihar etdi Hüseyn. “Kamaz” şoferinə də “məni xilas etməyin, ölmək istəyirəm” dedi.

Bu verilişə biz jurnalistlərə inandığı üçün çıxmışdı. Çox ümidi vardı. Mahnılar yazdırmışdı yeni. Verilişdə də dedi. Ayıb olsun ona şər atan jurnalistlərə, reperə... Gedin, bu günahla yaşayın. Hüseynə Allah öz səhvlərini etiraf etmək imkanı verdi, o kəffarəsini ödədi. Sizin isə hətta öz səhvlərinizi etiraf etmək üçün şansınız yoxdur. Namaz qılın, oturun-durun yalandan. Siz bir insanı öldürdüz, atdığınız şər böhtan bir ümidi, bir ümid də bir insanı öldürdü”...

Qeyd edək ki, bir neçə gün bundan öncə İradə İsaqın ATV kanalında yayımlanan “Düz Üzünə” verilişinin qonağı Hüseyn Dərya olmuşdu.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR