• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Bu marşrut avtobuslarının istiqaməti dəyişdirildi - SİYAHI

Bu marşrut avtobuslarının istiqaməti dəyişdirildi - SİYAHI

“Baku Bus” MMC-nin 6 və 8 saylı marşrut avtobuslarının fəaliyyətə başlaması ilə əlaqədar olaraq, bu gündən etibarən bəzi marşrut avtobuslarının istiqamətlərində dəyişiklik edilib.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Publika.az-a verilən məlumata görə, 88 saylı marşrut avtobusu əvvəl Azadlıq prospektindən 20-ci sahə istiqamətində hərəkət edirdisə, bu gündən etibarən Azadlıq prospektindən "28 May" metrostansiyasına kimi fəaliyyət göstərir. Həmçinin 37 saylı marşrut avtobusu əvvəllər Avtovağzal - "İçərişəhər" m/s - 20-ci sahə istiqamətində fəaliyyət göstərirdisə, indi Avtovağzaldan "İçərişəhər" m/s-na kimi hərəkət edir. 13 saylı marşrut avtobusu isə fəaliyyətini dayandırır.

Qeyd edək ki, 13 saylı marşrut avtobusu 7-ci mikrorayon - Həsən Əliyev küç. - Tbilisi pr. - "Elmlər Akademiyası" m/st istiqamətində fəaliyyət göstərirdi. İndi isə bu marşrut xəttini "Baku Bus" MMC-yə məxsus 6 saylı marşrut avtobusu əvəz edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR