Rektor 6 dekanı işdən çıxardı
Bizi izləyin

Qırmızı.az

Rektor 6 dekanı işdən çıxardı

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (Keçmiş Azərbaycan Dövlət Neft Akademiyası - red.) 6 dekanı vəzifədən azad edilib.

APA-nın xəbərinə görə, vəzifədən azad edilənlər Geoloji kəşfiyyat, Qaz-neft-mədən, Kimya texnologiya, Neft mexanika, Energetika, İstehsalat proseslərinin avtomatlaşdırılması və İqtisadiyyat, beynəlxalq iqtisadi münasibətlər və menecment fakültələrinin dekanlarıdır.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən faktı APA-ya təsdiq ediblər. Universitetdən dekanların vəzifədən azad edilməsinin səbəbi açıqlanmayıb. Bildirilib ki, müvafiq əmrlə müvəqqəti icraçı dekanlar təyin olunublar.

Artıq Təhsil Nazirliyi Azərbaycan Dövlət Neft və Sənaye Universitetində qeyd olunan vakant dekan vəzifələrini tutmaq üçün müsabiqə də elan edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm