Mübariz Mənsimov müflis olur? Sərvəti əriyir, təyyarələr satılır - İDDİA
Bizi izləyin

Qırmızı.az

Mübariz Mənsimov müflis olur? Sərvəti əriyir, təyyarələr satılır - İDDİA

Türkiyədə yaşayan Azərbaycan əsilli milyonçu, tanınmış iş adamı Mübariz Mənsimovun Rusiya prezidenti Vladimir Putinlə münasibətlərinin pozulduğu və maliyyət çətinlikləri ilə qarşılaşdığı barədə xəbərlər bir-birini əvəz edir.

Publika.az Türkiyənin “Sozçü” nəşrinə istinadən xəbər verir ki, Palmali Şirkətlər Qrupuna yaxın mənbələr Rusiya və Azərbaycan neftini daşıyan Mənsimovun Rusiya prezidenti Vladimir Putinlə münasibətləri pozulduğu üçün şirkətin maliyyə sistemində də problemlər yarandığını bildirir.

Kulislərdə iddia edilir ki, “Palmali Havaçılıq” şirkətinin qeydiyyatında olan təyyarələr satılıb və onların təhvil verilməsi əməliyyatları yaxın zamanda reallaşacaq. Konkret olaraq 5 təyyarəsi olan “Palmali Havacılık”ın iki təyyarəsi internetdə satışa çıxarılıb. “Falcon 2000S” modelinin 25 milyon, “Falcon F7” model təyyarənin isə qiymətinin təxminən 50 milyon dollar olduğu bildirilir.

Şirkətin həmçinin hər biri 50 milyon dollar olan iki ədəd “Falcon 7X” və qiyməti 18 milyon dollara yaxın olduğu təxmin edilən “Bombardier Challenger 300” təyyarəsinin olduğu deyilir.

“Sözçü” işlərinin yaxşı getdiyi dövrlərdə - 2000-ci illərdə “Forbes”in dünyanın ən zənginləri siyahısında ilk yerlərdə göstərdiyi Mənsimovun sərvətinin son illər əridiyini qeyd edib. 2015-ci ildə 1,3 milyard dollar sərvəti olduğu deyilən iş adamının dünyanın ən zənginləri siyahısında ən son 1415-ci sıraya qədər gerilədiyi deyilir. 200-dən çox neft tankeri olan Mənsimovun bəzi limanları və otellərini də satışa çıxardığı barədə danışılır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kiçik oğlu Bilal Ərdoğanın əmisi və qaynı ilə birlikdə Üsküdarda qurduğu “BMZ Qrup” şirkətinin sahibi olduğu beş tanker 10 illiyinə Mübariz Mənsimov tərəfindən icarəyə götürülüb. Qeyd edilir ki, Mənsimovun maliyyə çətinliyinin öhdəsindən gəlməyəcəyi halda Bilal Ərdoğanın tankerləri də işsiz qalacaq.

Qeyd edək ki, Mübariz Mənsimov “Palmali”ni 1998-ci ildə qurub, şirkətlər qrupu Maltada qeydiyyatdan keçib. Dünyanın ən böyük 5 dənizçilik şirkətindən biri olaraq göstərilən və illik dövriyyəsi 3 milyard dollar olan “Palmali”nin hazırda 21 ölkədə ofisi var. Şirkətin tabeliyində 28 min nəfər təkcə dənizçilik sektorunda çalışır. “Palmali” 129 gəmisi ilə Aralıq dənizi, Ağ dəniz, Qara dəniz arasında Rusiya neftinin 75 faizini daşıyır. “Palmali”nin ən böyük müştərisi dünyaca məşhur olan bp şirkətidir. Şirkətlər Qrupunun kirayəyə götürülən gəmilərlə isə donanma sayı 220-ni ötür.

Bir müddət isə Rusiyanın nüfuzlu “Novaya qazeta” nəşri İŞİD-lə Türkiyənin gizli neft alverinə dair sensasion iddia ilə çıxış edib. “Novaya qazeta”nın mənbələri İŞİD-in nəzarətində olan kəmərlərlə neft nəqlinin həyata keçirildiyini bildirir. Rusiya nəşri isə iddia edir ki, bu neftin Ceyhan limanından azərbaycanlı iş adamı Mübariz Mənsimovun “Palmali Shipping & Agency JSC” şirkətinə məxsus tankerlərlə daşınır. Qəzet yazır ki, dünyanın aparıcı xüsusi xidmət orqanları da bu haqda xəbərdardır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm