Lənkəranda 4 övlad atasının meyiti tapıldı - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Lənkəranda 4 övlad atasının meyiti tapıldı - FOTOLAR

Lənkəran şəhərində kişi meyiti tapılıb.

Lənkəran şəhərində kişi meyiti tapılıb.

Bu gün səhər saat 9 radələrində Lənkəran şəhərində, Peşə Liseyinin yaxınlığında naməlum kişi meyiti aşkarlanıb. Dərhal hadisə yerinə hüquq - mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Araşdırma nəticəsində məlum olub ki, meyiti tapılan şəxs, Lənkəran şəhər sakini, 54 yaşlı İlham Algül oğlu İbrahimovdur. Onun yanında şpris də aşkarlanıb. Meyitə ilkin baxış zamanı, üzərində hər hansı bir zorakılıq əlamətləri müəyyən edilməyib.

Meyit daxili və xarici müayinə olunmaq üçün Məhkəmə - Tibbi ekspertiza və Patoloji anatomiya birliyinin Lənkəran şəhər şöbəsinə aparılıb. Ölümün dəqiq səbəbləri ekspertizadan sonra açıqlanacaq.

Qeyd edək ki, Lənkəran şəhərinin Hacı Zeynalabdin Tağıyev küçəsi 105 ünvanında yaşayan mərhum İlham İbrahimovun 4 uşaq atası olduğu bildirilir.

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırmalar aparılır. /anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm