Kürdəmirdə iki maşın toqquşdu: 1 ölü
Bizi izləyin

Qırmızı.az

Kürdəmirdə iki maşın toqquşdu: 1 ölü

Bakı-Qazax yolunun Kürdəmir rayonundan keçən hissəsində minik maşını yük avtomobili ilə toqquşub.

Bakı-Qazax yolunun Kürdəmir rayonundan keçən hissəsində minik maşını yük avtomobili ilə toqquşub.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə bu gün saat 17.00 radələrində magistral yolun Kürdəmir rayonunun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.

“VAZ 2106” markalı minik maşını qarşı tərəfdən gələn “Mercedes” markalı yük avtomobili ilə toqquşub. Nəticədə minik maşının sürücüsü - Ucar rayonunun Müsüslü kənd sakini 35 yaşlı İsmayılov Ruslan Güloğlan oğlu dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. /anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm