“Azərkosmos” ASC-yə yeni təyinat
Bizi izləyin

Qırmızı.az

“Azərkosmos” ASC-yə yeni təyinat

Qafqazın ilk peyk operatoru “Azərkosmos” ASC Den Radunu Satış və Marketinq departamentinin direktoru vəzifəsinə təyin edib.

Qeyd edək ki, Den ötən 20 il ərzində peyk sənayesinin liderlərindən olan “Intelsat”, “EMC2” və “Cisco” kimi şirkətlərdə idarəetmə və satış sahəsində geniş təcrübəyə yiyələnib, “Deutsche Telekom”, “Discovery Communications” və s. peyk və media sahəsində ixtisaslaşmış qurumlarda bir çox layihələrin uğurla icrasına öz töhfəsini verib. Köhnə nəsil kabel texnologiyaları, müasir peyk və media əməliyyatları sahələrində təcrübəsi olan Den “Azərkosmos”un uzunmüddətli inkişaf strategiyasına istiqamət verəcək və şirkətin satış potensialının artırılmasına dair səlahiyyətləri yerinə yetirəcək.

“Azərkosmos Deni yüksək texniki təcrübəyə malik olması və kommersiya sahəsində əldə etidiyi uğurları əsas tutaraq Satış və marketinq departamentinin rəhbəri kimi mühüm bir vəzifəyə təyin edib. Ən əsası, onun müştəri yönümlü olması “Azərkosmos”un dəyərləri ilə tam uyğunluq təşkil edir. Məhz bu keyfiyyət Dan Radunun baş kommersiya direktoru vəzifəsinə təyin olunması qərarına təsir edən əsas amil olub”- deyə “Azərkosmos”un sədri Rəşad Nəbiyev bildirib.

Qeyd edək ki, “Azerspace-2” peykinin 2017-ci ildə orbitə buraxılması planlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm