• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

"Azərbaycan Dəmir Yolları" piyadalara müraciət etdi

"Azərbaycan Dəmir Yolları" piyadalara müraciət etdi

“Azərbaycan Dəmir Yolları" QSC piyadalara müraciət edib.

“Azərbaycan Dəmir Yolları" QSC-dən Publika.az-a verilən xəbərə görə, Bakı-Sumqayıt marşrut xətti üzrə sərnişinlərin rahat, sürətli və təhlükəsiz daşınması üçün “Stadler Rail Group” şirkətində istehsal olunmuş KİSS markalı ikimərtəbəli elektrik qatarları istismara verilib.

Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarları əvvəlki elektrik qatarları ilə müqayisədə daha sürətlə hərəkət edir.

Bu marşrutla hərəkət edən elektrik qatarlarının sürətinin daha da artırılması məqsədilə profilaktik tədbirlər həyata keçirilir, dəmir yolunun mühafizə zolağında, hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə tədbirlər görülür, çəpərləmə işləri aparılır.

Bəzi hallarda Bakı-Sumqayıt xətti ilə hərəkət edən elektrik qatarlarının marşrutlarına yaxın ərazidə yaşayan vətəndaşlarımız qadağan olunmuş yerlərdən keçməklə, kiçik yaşlı övladlarını nəzarətsiz qoymaqla, həm özlərinin həyatını təhlükə qarşısına qoyur, həm də Bakı-Sumqayıt xətti ilə hərəkət edən elektrik qatarının təhlükəsiz hərəkət etməsinə mane olurlar. Bu, elektrik qatarlarının hərəkətində ləngimələrə səbəb olur. Ona görə, piyadalar unutmamalıdırlar:

- Piyadalar dəmir yollarını yalnız müəyyən edilmiş yerlərdən (körpülərdən, tunellərdən və keçidlərdən istifadə edərək) keçməlidirlər. Körpülər və tunellər olmayan stansiyalarda piyadalar dəmir yollarını keçid döşəmələri olan, habelə "Dəmir yolundan keçid" nişanları qoyulmuş yerlərdən keçməlidirlər.

- Yaxınlaşmaqda olan qataradək məsafə 400 metrdən az olduqda, qatarın qarşısından dəmir yolu xəttini keçmək olmaz.

- Relsin üstünə çıxmaq və ya onun üzərində oturmaq, tiyə və çərçivə relsi arasında dayanmaq qadağandır.

- Dəmir yollarına qatarların hərəkəti üçün təhlükə yarada bilən əşyalar qoymaq olmaz.

"Biz "Azərbaycan Dəmir Yolları" QSC olaraq, ölkə vətəndaşlarını bu məsələlərə daha məsuliyyətlə yanaşmağa, tələb olunan qaydalara əməl etməyə çağırırıq", - deyə məlumatda qeyd edilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR