Hüseyn Dəryanın cənazəsi qaldırıldı - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Hüseyn Dəryanın cənazəsi qaldırıldı - FOTOLAR

Məşhur repçinin dəfn mərasimində izdiham yaşanır

Məşhur repçinin dəfn mərasimində izdiham yaşanır.

Dünən dünyasını dəyişən Azərbaycanın məşhur repçisi Hüseyn Dəryanın cənazəsi artıq dəfn olunmaq üçün yerdən qaldırılıb. Sənətçi Yasamal qəbiristanlığında dəfn ediləcək.

YENİLƏNİB

Yol qəzası nəticəsində dünyasını dəyişən reper Hüseyn Dərya dəfn edilir. Musavat.com-un məlumatına görə, o, Yasamal qəbiristanlığında torpağa tapşırılacaq.

Bu gün dəfn ediləcək repçi ilə vidalaşmaq istəyənlər çoxdur. Sənət yoldaşlarından Rəqsanə, aparıcılar Elgiz Əkbər, Sərxan Kərəmoğlu və başqa tanınmışlar artıq mərhumun evindədirlər.

Hüseyn Dəryanın yasına gələnlər arasında uzun illərdir soyuq münasibətdə olduğu Anar Nağılbazın olması hər kəsin marağına və təəccübünə səbəb olub.

Qeyd edək ki, martın 14-də saat 23 radələrində Hüseyn Dərya idarə etdiyi “Opel Astra” markalı 99 EK 575 nömrə nişanlı minik avtomobili idarə edərkən Heydər Əliyev Beynəlxalq Hava limanına gedən yolda qəzaya uğrayıb. /anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm