• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Bolqarıstanda beynəlxalq konfrans keçirir - FOTOLAR

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Bolqarıstanda beynəlxalq konfrans keçirir - FOTOLAR

Bolqarıstanın paytaxtı Sofiyada Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Avropada əməkdaşlıq və qonşuluğun yeni görüntüləri” konfransı öz işinə başlayıb.

DİDK-dən Publika.az-a verilən məlumata görə, Bolqarıstan Prezidenti Rosen Plevneliyevin himayəsi ilə keçirilən konfransda Avropanın qarşılaşdığı iqtisadi, siyasi və mənəvi problemlər, o cümlədən qaçqın böhranı ilə bağlı məsələlər müzakirə edilir. Konfransda miqrasiya dalğasının birbaşa təsir göstərdiyi Avropa İttifaqı ölkələrinin rəhbərləri – Bolqarıstan Prezidenti Rosen Plevneliyev, Makedoniya Prezidenti George İvanov, Bosniya və Herseqovinanın Prezidenti Mladen İvaniç, həmçinin Latviya, Macarıstan, Rumıniya, Serbiya, Albaniya, Moldova, Polşa, Slovakiya, Ukrayna, Belarusun sabiq dövlət və hökumət başçıları iştirak edir.

Konfransı giriş sözü ilə açan Bolqarıstan Prezidenti Rosen Plevneliyev Avropanın İkinci Dünya müharibəsindən bəri çox dərin siyasi, iqtisadi və humanitar böhran yaşadığını bildirib.

R.Plevneliyev milyonlarla insanın münaqişə bölgəsini tərk etməyə məcbur qaldığını, yüz minlərlə qaçqının Avropaya pənah gətirdiyini və yaşamaq uğrunda mübarizə apardığını vurğulayıb. Prezident yaranmış vəziyyətin qlobal miqyasda həlledici fəaliyyət tələb etdiyini deyib.

Daha sonra çıxış edən Makedoniya Prezidenti George İvanov isə bildirib ki, Yaxın Şərqdən qaçqınların axını ilə əlaqədar ölkəsi çox ciddi humanitar fəlakətlə üz-üzədir.

Konfransın açılışında Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Frayberqa, Mərkəzin İdarə Heyətinin üzvü, Bolqarıstanın sabiq dövlət başçısı Petar Stoyanov da çıxış edərək konfransın təşkilatçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndiriblər. Mərkəzin indiyədək gördüyü işlərin əhəmiyyətini xüsusi vurğulayan siyasətçilər bildiriblər ki, hazırkı ağır geosiyasi vəziyyətdə Mərkəzin gördüyü işlər zəruridir.

Tədbirdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvü, eyni zamanda mərkəzin Qəyyumlar Şurasının sədri, DİDK sədri Nazim İbrahimov da iştirak edir.

Konfrans bu gün işini yekunlaşdıracaq.

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR