Təbrizdə ana dili kursu açıldı
Bizi izləyin

Qırmızı.az

Təbrizdə ana dili kursu açıldı

Təbrizdə dövlət hesabına Azərbaycan dili kursu açılıb.


Publika.az xəbər verir ki, Təbrizin “Mədəniyyət və Ədəbiyyat” institutunun nəzdində ana dili kursu fəaliyyətə başlayıb.

Uzun zamandır ana dilində kursun açılmağı barədə xəbərlər yayılsa da, kurs 11 oktyabrda rəsmi fəaliyyətə başlayıb.

Qeyd edək ki, Cənubi Azərbaycanın Urmiya, Meşkinşəhr, Sulduz kimi şəhərlərində hər zaman qeyri-rəsmi olaraq Azərbaycan dili kursları fəaliyyət göstərib. Yeni açılan kurs isə təhsil sisteminə daxil olmasa da, rəsmi şəkildə dövlət vəsaiti hesabına fəaliyyət göstərəcək.


“Artıq gizli deyil, açıq şəkildə ana dilimizi öyrənə biləcəyik deyə çox xoşbəxtik”, - kurs tələbələri bildiriblər.


Xatırladaq ki, İran İslam Respublikasının konstitusiyasının 15-ci maddəsində bildirilir ki, fars dili ilə yanaşı, digər xalqların ana dilində təhsili azaddır. Lakin İran rejimi illərdir bu qanuna əməl etmir, Azərbaycan dilində təhsilə qadağa qoymaqla yanaşı, ana dilini tələb edən soydaşlarımıza həbs və işgəncə tətbiq edib.

Rübabə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm