Bakıdan Məşhədə birbaşa aviareys açıla bilər
Bizi izləyin

Qırmızı.az

Bakıdan Məşhədə birbaşa aviareys açıla bilər

İran İslam Respublikasında səfərdə olan Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərovun başçılıq etdiyi nümayəndə heyəti səfərin son günü İranın Xorasan Rəzavi vilayətinin paytaxtı Məşhəd şəhərində olublar.

Vilayətin valisi Əli Rza Rəşidianla keçirilmiş görüşdə nazir K.Heydərov bildirib ki, Azərbaycan və İran xalqlarının mədəniyyət, din və tarixi ənənələr baxımından ortaq dəyərləri iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı zəmin təşkil edir. İqtisadiyyat, xüsusilə sərmayə sahəsində əlverişli şərait mövcuddur. O, İrana səfərinin və keçirdiyi görüşlərin məhsuldar olduğunu da diqqətə çatdırıb.

Xorasan valisi Ə.R.Rəşidian da ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsinin xalqlarımızın mənafeyinə uyğun olduğunu söyləyib. Keçən il 13 min azərbaycanlı zəvvarın Məşhəd şəhərini ziyarət etdiyini diqqətə çatdıran vali deyib ki, Məşhədlə Bakı arasında birbaşa uçuşların təşkili ziyarətə gələnlərin sayının artmasına müsbət təsir göstərər.

Görüşdə Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov iştirak edib. /Azərtac/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm