İstilik tariflərinin artırılması ilə bağlı rəsmi AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

İstilik tariflərinin artırılması ilə bağlı rəsmi AÇIQLAMA

Hazırda Azərbaycanda istilik tariflərinin artırılması ilə bağlı məsələ gündəmdə deyil.

Bu barədə Publika.az-a “Azəristiliktəchizat” ASC-nin abunəçilərə xidmət şöbəsinin müdiri Rafiq Əliyev qurumun tariflərin artırılması üçün hökumətə müraciət edəcəyi ilə bağlı yayılan fikirlərə münasibət bildirərkən deyib.

Bu məsələyə kompleks şəkildə baxılmalı olduğunu deyən qurum rəsmisinin sözlərinə görə, “Azəristiliktəchizat” ASC məsələ ilə bağlı heç yerə müraciət etməyib:

“Əslində, istiliyin tarifi maya dəyərindən aşağıdır. Amma bu o demək deyil ki, “Azəristiliktəchizat” ASC tarifləri artırıb gəlirlə işləyən təşkilata çevirməlidir. Buna müxtəlif aspektlərdən yanaşma var. Birincisi odur ki, əhalinin sosial vəziyyəti nəzərə alınmalıdır ki, tarif nə qədər qaldırıla bilər. İkincisi, tarif qaldırılarsa, enerji daşıyıcıların - qaz, işıq, suyun qiyməti də qalıdırılmalıdırmı? Biz bu gün qiyməti qaldırsaq, istilik üçün sərf olunan enerji daşıyıcılarının qiyməti də qaldırıla bilər. Buna görə də məsələyə kompleks şəklində baxılmalıdır. Bu məsələ hələ ki, gündəmdə deyil”.

Qeyd edək ki, Tarif (qiymət) Şurasının qərarı ilə isitmə hazırda Azərbaycanda 1 kvadratmetr yaşayış sahəsinə görə əhali qrupu üçün aylıq 15 qəpik, qeyri-əhali qrupu üzrə isə 1 kubmetr isidilən həcm üçün aylıq 25 qəpik və ya 1 Qkal enerji üçün 30 manat səviyyəsində təsdiq edilib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm