Şəkidə yüksək sürətlə hərəkət edən "Mercedes" aşıb, xəsarət alan var
Bizi izləyin

Qırmızı.az

Şəkidə yüksək sürətlə hərəkət edən "Mercedes" aşıb, xəsarət alan var

Gecə saatlarında Şəki-Qax yolunun Qoxmuq kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Gecə saat 1 radələrində Şəki-Qax yolunun Qoxmuq kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az Kanal S-ə istinadən məlumat verir ki, yüksək sürətlə hərəkət edən "99 CD 648" dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil döngəni dönə bilmədiyi üçün yoldan çıxaraq aşıb. Nəticədə avtomobilin sürücüsü Şəkinin Aşağı Layısqı kənd sakini Səmədov Abid Arif oğlu xəsarət alıb. O, dərhal əraziyə gələn Şəki Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən stansiyaya çatdırılıb.

Stansiyadan verilən məlumata görə, yaralının vəziyyəti orta ağırdır.

Faktla bağlı Şəki rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. Qəzaya ilkin səbəb kimi isə avtomobilin yüksək sürətlə idarə olunması göstərilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm