Qırmızı.az
DSMF-nin şöbə müdiri cərimələndi
Azərbaycanda vəzifəli şəxs inzibati məsuliyyətə cəlb edilib.
Nəsimi Rayon Məhkəməsi Dövlət Sosial Müdafiə Fondunun (DSMF)
Nəsimi rayon şöbəsinin müdiri Əsgər Əsgərovu 1000 manat məbləğində
cərimələyib.
O, İnzibati Xətalar Məcəlləsinin (İXM) 313-1.1-ci (məhkəmə və
digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun
qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru
tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri
etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən
icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə) maddəsi ilə
cəzalandırılıb.
Ə.Əsgərov Nəsimi Rayon Məhkəməsinin qərarından apellyasiya
şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində
baxılacaq.
Qeyd edək ki, keçmiş prokurorluq işçisi olan Ramiz Cəfərovun
pensiyasının düzgün hesablanmaması barədə iddia qaldırılıb. O,
DSMF-nin şöbə müdiri Əsgər Əsgərovu məhkəməyə verib.
Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsinə əsasən fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir. (Report)
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB