Son 9 ayda pensiyalar vaxtından tez maliyyələşdirilib – DSMF
Bizi izləyin

Qırmızı.az

Son 9 ayda pensiyalar vaxtından tez maliyyələşdirilib – DSMF

Bu ilin 9 ayı ərzində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) daxilolmaların səviyyəsi pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib.

Fonddan Publika.az-a verilən məlumata görə, son 9 ay ərzində DSMF tərəfindən əhaliyə ödənişlərin məbləği 2152,9 mln. manat təşkil edib. Əhaliyə ödənişlərin 97,5 faizi və yaxud 2098,2 mln.manatı əmək pensiyaları ilə bağlı xərclərin maliyyələşdirilməsinə yönəldilib.

Məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər isə 54,7 mln. manat təşkil etməklə əhaliyə ödənişlərin 2,5 faizi həcmində olub.

Əldə edilmiş maliyyə imkanlarının nəticəsində əhaliyə pensiya və müavinətlərin ödənişinin hər ay qrafikdən əvvəl reallaşdırılması təmin olunub.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm