Bayram günlərində qatarlardan istifadə edəcək sərnişinlərin nəzərinə
Bizi izləyin

Qırmızı.az

Bayram günlərində qatarlardan istifadə edəcək sərnişinlərin nəzərinə

Bayram günlərində qatarlardan istifadə edəcək sərnişinlərin nəzərinə

Novruz bayramı günlərində - 20-27 mart tarixlərində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin müəssisə və stansiyalarında fasiləsiz iş rejimi tətbiq ediləcək.


QSC-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, sərnişin daşımaları Departamentinin kollektivi Novruz bayramı günlərində gucləndirilmiş iş rejimində işləyəcək.


Departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür. Bayram günlərində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək.


QSC bir daha sərnişinlərin nəzərinə çatdırır ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir. Eyni zamanda, iş adamlarının nəzərinə çatdırılır ki, vaqonların yüklənməsi və boşaldılması prosesində fasilələr olmayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm