• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Qızı öpməyə görə qətlin yeni təfərrüatları – FOTO

Qızı öpməyə görə qətlin yeni təfərrüatları  – FOTO

Publika.Az oxu.az-a istinadən xəbər verir ki, idmançı gənc oğlanı qızla öpüşdüyünə görə öldürməyibmiş.Bir neçə gün əvvəl Bakıda baş vermiş qətlin təfərrüatları məlum olub.

Xatırladaq ki, martın 12-də Yasamal rayonu İ.Qutqaşınlı küçəsində Bakı şəhər sakini Fərrux Zeynalov (şəkildə soldakı - red.) münaqişə zəminində Elçin Dəmirovu (şəkildə sağdakı - red.) ürək nahiyəsindən bıçaqlamışdı.

Cinayəti törədən Fərrux Zeynalov həbs olunduqdan sonra polisə bildirib ki, hadisə vaxtı o, parkda məşq edirmiş. Həmin vaxt Elçin Dəmirov orada bir qızlı öpüşürmüş. Fərrux Elçin Dəmirova qızla öpüşməsini irad tutub.

Guya o, deyib ki, bura yaşayış sahəsidir, qohumları, qonşuları var. O, Elçinə başqa yerdə qızla görüşməsini deyib. Elçin isə Fərruxa mübahisəni həll etmək üçün başqa yerdə görüşməyi təklif edib. Gənclər təyin etdikləri görüş yerində yenidən mübahisə ediblər. Mübahisə zamanı Fərrux özündə olan bıçağı Elçin Dəmirovun ürəyinə sancıb.

Lakin Oxu.Az-ın şəxsi mənbələrindən əldə etdiyi məlumata görə, hadisə heç də cinayətkarın danışdığı kimi olmayıb.

Belə ki, bir müddət əvvəl qətlə yetirilmiş Elçin Dəmirov bir qızla nişanlanıbmış. Qətli törədən Fərrux Zeynalov da həmin qızı sevirmiş. Sevdiyi qızın nişanlandığından xəbər tutan gənc Elçin Dəmirova zəng vuraraq, onu görüşə çağırıb və burada onu bıçaqla ürək nahiyəsindən vuraraq qətlə yetirib.

Mənbənin sözlərinə görə, qətlə yetirilən Elçin Dəmirov istedadlı gənc imiş. O, hətta oxuduğu ali məktəbdə prezident təqaüdünə layiq görülübmüş.Məlumata görə, ölən Elçin Dəmirov 2010 cu ildə Bakı Dövlət Universitetinin “Tətbiqi Riyaziyyat” fakultəsini bitiribmiş. Onun istədiyi qız isə hazırda BDU-da “Kimya” fakultəsində təhsil alır.

Elçin Dəmirov Lənkaranda aparılan bir inşaat işində rəhbər vəzifəsində çalışdığı bildirilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR