FAO-nun növbəti il üçün planları müzakirə edildi
Bizi izləyin

Qırmızı.az

FAO-nun növbəti il üçün planları müzakirə edildi

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı FAO-da “2014-cü il Avropa və Mərkəzi Asiyada kənd təsərrüfatı məhsullarının ticarəti və regional inteqrasiya üçün təşəbbüs" hesabatı, 2016-cı il fəaliyyət planının müzakirəsi məqsədi ilə illik toplantı keçirilib.

Publika.az xəbər verir ki, tədbir Belarusun paytaxtı Minsk şəhərində keçirilib.

Toplantıda post-sovet ölkələrindən hər biri üzrə bir nəfər ekspertin təmsil etdiyi ölkə üzrə hazırladığı hesabat müzakirə edilib və ölkələr üzrə hesabatın daha da dolğun və əhatəli olması üçün təklif və tövsiyələr verilib. Tədbirdə Azərbaycanı Qafqaz Universitetinin maliyyə kafedrasının rəhbəri Dr. Elçin Süleymanov təmsil edib. Təşkilat onun Azərbaycan iqtisadiyyatı haqqında çoxsaylı nəşrlərinə və tədqiqatlarına görə bu layihədə iştirak üçün ölkə üzrə ekspert seçib.Bu layihənin Azərbaycan hissəsini hazırlayan ekspertin təqdimatı iştirakçılar tərəfindən diqqət və maraqla qarşılanıb.

Qeyd edək ki, bu tədqiqat BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı FAO tərəfindən bu ilin sonuna qədər nəşr olunaraq əlaqədar orqanlara göndəriləcək və qurumun rəsmi nəşrlər siyahısına daxil ediləcəkdir. Region ölkələrinin kənd təsərrüfatı məhsullarının ticarət siyasətinə müsbət qatqısı olacağı düşünülən layihənin ilkin halı mütəxəssislər tərəfindən müsbət qiymətləndirilmişdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm