• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

ATV-də bu serialın yayımı dayandırıldı, ANS 25 min manat cərimələndi - MTRŞ-dan QƏRAR

ATV-də bu serialın yayımı dayandırıldı, ANS 25 min manat cərimələndi - MTRŞ-dan QƏRAR

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

MTRŞ-dan Publika.az-a verilən məlumata görə, iclasda ATV və ANS televiziyası tərəfindən “Televiziya və radio yayımı haqqında” qanununun tələblərinin pozulması faktı üzrə inzibati icraata və inzibati xətalara dair işə baxılıb.

İclasda Azad Azərbaycan Teleradio Kompaniyası tərəfindən “Televiziya və radio yayımı haqqında” qanunun 32-ci maddəsinin və “Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün xüsusi Qaydalar”ın 3.7-ci bəndin tələblərinin pozulması ilə bağlı “ATV” telekanalının efirində 10 oktyabr 2015-ci il tarixdə saat 11.31- 12.31 arasında yayımlanan “SOY” Prodakşn tərəfindən hazırlanan “Qayınanamız” teleserialında qeyri-etik məzmunlu ifadələrdən istifadə edilməsi ilə əlaqədar olaraq “Qayınanamız” serialının yayımının 14 oktyabr 2015-ci il tarixdən etibarən 1 (bir) ay müddətinə dayandırılması barədə qərar qəbul edilib.

İclasda “Televiziya və radio yayımı haqqında” qanunun 35.5-ci maddəsinin, “Reklam haqqında” qanunun 20.5-ci maddəsinin tələbləri pozulduğuna görə ANS Müstəqil Yayım və Media Şirkətinin ANS televiziyasının efirində 25.09.2015-ci il tarixdə saat 23.32-də başlayan “Hobbit: Smauq xarabalığı” bədii filminin 26 dəqiqədən sonra reklamla kəsilməsi ilə əlaqədar olaraq 5000 (beş min) AZN, 04.10.2015-ci il tarixdə saat 05.46-da başlayan “Saflaşma gecəsi” bədii filminin 30 dəqiqədən sonra reklamla kəsilməsi ilə əlaqədar olaraq 5000 (beş min) AZN, 09.10.2015-ci il tarixdə saat 22.54-də başlayan “Dünya müharibəsi” bədii filminin 31 dəqiqədən sonra reklamla kəsilməsi ilə əlaqədar olaraq 5000 (beş min) AZN, 02.10.2015-ci il tarixdə saat 23.00-da başlayan “Ulduzlar arası” bədii filminin 26 dəqiqədən sonra reklamla kəsilməsi ilə əlaqədar olaraq 5000 (beş min) AZN, 10.10.2015-ci il tarixdə saat 14.17-də başlayan “Üç qardaş” bədii filminin 35 dəqiqədən sonra reklamla kəsilməsi ilə əlaqədar olaraq 5000 (beş min) AZN, ümumilikdə 25 000 (iyirmi beş min) AZN məbləğində cərimə edilməsi barədə qərar qəbul edilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR