MTRŞ-dan ATV-yə serial XƏBƏRDARLIĞI
Bizi izləyin

Qırmızı.az

MTRŞ-dan ATV-yə serial XƏBƏRDARLIĞI

Milli Televiziya və Radio Şurası (MTRŞ) Azad Azərbaycan (ATV) kanalında yayımlanan "Qız atası" serialına görə bu TV-yə şifahi xəbərdarlıq edib.

Bu barədə "Report"a Şuranın şöbə müdiri Təvəkkül Dadaşov məlumat verib.

Onun sözlərinə görə, "Qız atası" serialında Azərbaycan ailəsinə xas olmayan söhbətlər gedir, xalqın adət-ənənəsinə yad olan ailə obrazı yaradılır ki, iradlar da bu istiqamətdə olub: "ATV-nin proqram direktoru bu məsələni öz nəzarətlərinə götürdüklərini bildirdi. Serialın baş prodüseri, aktyor Elməddin Cəfərov Şuranın iradlarını qəbul edib. O, qısa zamanda ssenaridə dəyişiklik ediləcəyini və tamaşaçının bir daha narahatçılıq yaradan məqamlarla qarşılaşmayacağını bildirib".

Şöbə müdirinin sözlərinə görə, "Qız atası" serialında "Qayınanamız" serialında olduğu kimi qeyri-etik mövzu və söhbətlərə yer verilmədiyi üçün şifahi xəbardalıqla kifayətləniblər.

T.Dadaşov onu da bildirib ki, yayımı bir aylıq dayandırılan "Qayınanamız" serialı əvvəllki formada efirə qayıdarsa, yayımına icazə verilməyəcək: "Qayınanamız" serialı irad tutulmuş məsələləri aradan qaldırarsa, yayımına icazə veriləcək".

Şöbə müdiri vurğulayıb ki, telekanalın məsul şəxsləri MTRŞ-nin qərarını anlayışla qarşılayıb və irad tutulan problemlərin aradan qaldırılacağına söz veriblər: "ATV-nin məsul şəxsləri bizim qərarımızı anlayışla qarşıladı və verilən qərarları efirin sağlamlaşdırılmasına yönəlik addım kimi dəyərləndiriblər. Bildiriblər ki, Azərbaycanın efirində normal verilişlərin yayımlanmasını istəyirlər və bu işdə atılan addımlara qarşı deyillər".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm