Peşə məktəbində daha bir ilk
Bizi izləyin

Qırmızı.az

Peşə məktəbində daha bir ilk

Azərbaycanda ilk dəfə peşə məktəbində “Mehmanxana inzibatçısı” ixtisası üzrə kadrlar hazırlanacaq.

Publika.az xəbər verir ki, bununla bağlı 5 nömrəli Bakı Peşə Liseyində yeni layihənin təqdimat mərasimi keçirilib.

Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, “British Council”un ölkə direktoru Elizabet Vayt, Abşeron Otellər Qrupunun idarəedici direktoru Mark Ehler iştirak ediblər.

Layihə Təhsil Nazirliyinin “British Council” və Abşeron Otellər Qrupu ilə əməkdaşlığı nəticəsində həyata keçiriləcək.

Həmin proqram müəllimlərin potensialının artırılmasına, milli standartlara və kvalifikasiyalara uyğun kurikulumun hazırlanmasına və şagirdlərin praktik bacarıqlarının inkişafına əsaslanan təcrübə proqramlarının həyata keçirilməsinə imkan yaradacaq.

Dövlət-biznes əməkdaşlığını özündə birləşdirən bu layihə çərçivəsində şagirdlər təhsil aldıqları müddətdə iş təcrübəsi keçəcəklər. Özəl sektoru təmsil edən tərəflərin iştirakı ilə reallaşdırılan pilot layihə Azərbaycanın ilk peşə-ixtisas təhsili müəssisələri tərəfindən model olaraq istifadə ediləcək.

Layihənin davamlılığını təmin etmək üçün 2016-2017-ci il tədris ilində 5 nömrəli Bakı Peşə Liseyində 1 illik “Mehmanxana inzibatçısı” ixtisası üzrə müasir təhsil proqramlarının həyata keçirilməsi nəzərdə tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm