“Qafqaz İqtisadi Forumu” keçiriləcək
Bizi izləyin

Qırmızı.az

“Qafqaz İqtisadi Forumu” keçiriləcək

Qafqaz Universiteti oktyabrın 17-18-də dördüncü "Qafqaz İqtisadi Forumu" keçirəcək.

Publika.az xəbər verir ki, forumun Kənd Təsərrüfatı Nazirliyi, Qafqaz Universiteti və İsmayıllı Rayonu İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İsmayıllı rayonunda keçirilməsi planlaşdırılır.

Forum hər il ölkə iqtisadiyyatı üçün müəyyənləşdirilən əsas prioritet istiqamətə həsr edilməklə elmi tədqiqatların təqdimatı və maraqlı fikir mübadiləsi şəraitində keçir.

Bu il forumda başlıca olaraq hazırkı dövrdə kənd təsərrüfatının inkişaf meyilləri və maliyyələşmə problemləri müzakirə olunacaq. Beynəlxalq ekspertlər tərəfindən təqdim ediləcək kənd təsərrüfatının müxtəlif inkişaf istiqamətlərinə paralel olaraq, kənd təsərrüfatının strateji inkişafı, kənd təsərrüfatı siyasəti və dövlət dəstəkləri, Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafının aktual problemləri, kənd investisiya layihələrinin inkişaf istiqamətləri, regional kənd təsərrüfatının inkişafının aktual problemləri, kənd təsərrüfatının inkişafının potensial imkanları, kənd təsərrüfatının maliyyə problemləri və onların həlli yolları, kənd təsərrüfatının kreditləşməsi mexanizmi, aqrar sektorun maliyyələşmə məsələləri və ekoloji təmiz kənd təsərrüfatının dünyadakı inkişaf dinamikası, ətraf mühitə və iqtisadiyyata təsirləri kimi aktual məsələlər müzakirə olunacaq.

Ənənəvi olaraq davam edəcək iqtisadi forumun gələcək illərdə də Azərbaycanın müxtəlif regionlarında aktual iqtisadi məsələlərin müzakirəsi ilə davam etdirilməsi nəzərdə tutulur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm