Qırmızı.az
“Sevimli şou”da dəyişiklik olacaq - MTRŞ
"Space" televiziya kanalında yayımlanan "Sevimli şou" verilişini etik normaları gözləməyən verilişlərlə eyni tərəzinin gözünə qoymaq olmaz".
Bunu "Report"a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov "Space" TV-nin efirində yayımlanan "Sevimli şou" verilişinin nə üçün bağlanmaması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.
O, kanalın rəhbərliyinin və verilişin aparıcısı Mikayıl Güləddinoğlunun Şuraya dəvət olunduğunu və bu barədə müzakirələr aparıldığını xatırladıb: "Aparıcı Şuranın iradlarına qarşılıq olaraq bildirib ki, yaxın zamanda proqramda dəyişiklik ediləcək. Artıq müəyyən dəyişikliklər də hiss olunur. Bu verilişdə aşağı zövqlərə köklənmiş bayağı musiqilər səsləndirilə bilər. Bunu "Xoşqədəmlə axtarıram səni", "Sən tək deyilsən" kimi insanların faciəsi üzərində şou yaradan, yaxud etik normaları gözləməyən digər verilişlərlə eyni tərəzinin gözünə qoymaq doğru deyil".
Qeyd edək ki, sosial şəbəkələrdə və Şuranın özünə ünvanlanan müraciətlərdə tamaşaçılar "Sevimli şou" verilişinin də bağlanmasını istədiklərini bildirirlər.
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan şok xəbərdarlıq +
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"