Ekstradisiyadan imtinaya əsas verən halların sayı artırılır
Bizi izləyin

Qırmızı.az

Ekstradisiyadan imtinaya əsas verən halların sayı artırılır

Azərbaycanda cinayət törətmiş şəxslərin ekstradisiyasından imtinaya əsas verən halların sayı artırılır.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla bağlı “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” qanuna dəyişikliklər edilir.

Yeni dəyişikliklərə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq, cinayət xüsusi ittiham qaydasında (zərərçəkmiş şəxsin şikayəti əsasında) təqib edildiyi halda şəxsin ekstradisiyasından imtina edilə bilər.

Bununla yanaşı, sorğu edən xarici dövlətin qanunvericiliyinə əsasən, şəxsin verilməsinə əsas olan cinayət üzrə dəyişdirilməz ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulma da ekstradisiyadan imtinaya əsas olacaq.

Dəyişikliklərin edilməsində məqsəd ekstradisiya sahəsi üzrə qanunvericiliyi təkmilləşdirməkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm