Lənkərandakı sellə bağlı RƏSMİ AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

Lənkərandakı sellə bağlı RƏSMİ AÇIQLAMA

“Oktyabrın 16-da səhər saatlarından başlayan şiddətli yağışlar nəticəsində Lənkəranın su basan kəndlərində təbii fəlakətin fəsadları aradan qaldırılır”.

Bunu Publika.az-a icra başçının müavini - Şəhər təsərrüfatı şöbəsinin müdiri Möhübbət Babayev bildirib.

Yağan yağışların normadan qat-qat artıq olduğunu deyən icra rəsmisinin sözlərinə görə, nəticədə, Lənkəran çayı məcradan çıxıb və çayətrafı kəndlərdəki həyətləri basıb. Hazırda Lənkəranın təhlükədə olan kəndlərində yaranmış fəsadları aradan qaldırmaq üçün Fövqəladə Hallar Nazirliyinin xilasediciləri çalışırlar:

“Yağan yağışlar nəticəsində ən çox ziyan çəkən Bürcəli, Yuxarı Nüvədi və Türkəkəran kəndləridir. Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin və texnikası cəlb olunub. Bürcəli kəndində köməksiz vəziyyətdə qalmış 20-yə yaxın sakin evakuasiya olunub. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı tədbirlər görülür. Çalışırıq nə lazımdırsa, edək, Hazırda təhlükədə qalan yoxdur, yağış davam etsə də, ərazidə texnika və xilasedicilər işləyir”.

Qeyd edək ki, Lənkəran rayonunun su basan kəndlərində onlarla fərdi yaşayış evinin həyətyanı sahələri sel sularına qərq olunub, nəticədə yerli sakinlərə xeyli maddi ziyan dəyib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm