Millət vəkili cəbhə bölgəsində
Bizi izləyin

Qırmızı.az

Millət vəkili cəbhə bölgəsində

Millət vəkili Adil Əliyev cəbhə bölgəsindən önəmli mesajlar verib

Millət vəkili Adil Əliyev cəbhə bölgəsindən önəmli mesajlar verib “Bu gün Azərbaycan ordusu güclüdür və istənilən zaman torpaqlarımızı azad etməyə qadirdir. Ali baş komandan, prezident İlham Əliyev ordumuzun inkişafına xüsusi diqqət ayırır.

Bunun nəticəsidir ki, Azərbaycan regionun ən böyük güclü ordusuna malikdir”. Bu sözləri Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev cəbhə bölgəsində yerləşən hərbi hissələrinin birində zabit və əsgər heyəti ilə görüşü zamanı çıxışında qeyd edib.

Millət vəkili bu gün Azərbaycan ordusunda böyük ruh yüksəkliyinin olduğunu bildirib: ”Bir az əvvəl səngərdə düşmənlə üz-üzə duran əsgərlərlə ünsiyyətdə oldum və onlarda böyük güclü inam hissi var. Bu məni çox sevindirir və qürurlandırır. Əminliklə demək olar ki, əsgərlərimiz düşmənin hücumlarını dəf etməyə və onların hər cür təxribatlarının qarşısının almağa hazırdırlar.

Ali baş komandan, cənab prezident İlham Əliyevin hücum əmri ilə qısa müddət ərzində Qarabağı azad edə biləcək səviyyədə güclü və düşmən ordusunu darmadağın etməyə qadir ordumuz var. Üstəlik, ordumuzun hər gün maddi-texniki imkanları artır. Başqa dövlətlərdən alınan müasir silahlarla ordumuzun gücü artırılır. Həmçinin, ölkəmiz öz milli silah sənayesini qurub. Ordumuzun büdcəsi düşmən ordusunun büdcəsindən çoxdur. Bu düşmən dövlət üçün bir siqnal olmalıdır.

Ermənistan ordusu bundan nəticə çıxartmalıdır və erməni siyasətçiləri ağıllarını başlarını yığmalıdırlar”,- deyən millət vəkili eyni zamanda Qarabağ məsələsinin türk-islam dünyasının problemi olduğunu diqqətə çatdırıb. Millət vəkili ayrıca olaraq, seçildiyi dairədən də xidmətdə olan əsgələri ayrıca qəbul edərək, onlarla görüş keçirib. Millət vəkili xidmətdə fərqlənən əsgərlərin qoluna qiymətli saatlar taxaraq, onlara uğurlar və can sağlığı arzulayıb.

Görüşdə federiyasının vitse-prezidenti Namiq Əsgərov, dünya çempionları Eduar Məmmədov, Pevriz Abdullayev, Ehram Məcidov və s. üzvləri iştirak ediblər. Sonra görüş konsert proqramları ilə davam edib. Xalq artisti Zaur Rzayevin, gənc ifaçı Bəhruz Ozanın və s. müğənnilərin milli vətənpərvərlik ruhda ifaları böyük coşquya səbəb olub. Bahar qızı, Kosa, Keçəl əsgərlərimizi rəqsə dəvət edərək,onlara hədiyyələr paylayıblar.

Elnur Eltürk

Oxumağa davam et
Reklam
Reklam

Gündəm