Qırmızı.az
ATU-da elmi konfrans keçirilib - FOTOLAR
Azərbaycan Texnologiya Universitetində Müştəriyə Yönəlmə Proqramı (MYP) çərçivəsində "Təhsildə elektron və innovativ yanaşma" adlı elmi konfrans keçirilib.
Publika.az xəbər verir ki, "Ultra" şirkətinin iştirakı ilə keçirilən və İKT-nın təhsil və tədrisdə tətbiqinin müzakirəsinə həsr olunan konfransı giriş sözü ilə açan ATU-nun rektoru professor Akif Süleymanov qeyd edib ki, universitetdə MYP çəçivəsində müəyyən edilən 6 istiqamətdən biri də İKT sahəsidir. Rektor qeyd edib ki, həm bu, həm də universitetdə İKT-dən istifadənin genişləndirilməsi məqsədilə indiyədək atılan addımlar ATU-nun bu sahənin aktuallığını diqqət mərkəzində saxlamasını sübut edir. Akif Süleymanov bildirib ki, əməkdaşlıq üçün ölkənin ən böyük İKT şirkətkərindən olan "Ultra"nın seçilməsi ATU-nun bu sahəni daha da inkişaf etdirmək niyyətinin göstəricisidir.
"Ultra" şirkətinin direktoru Məhəmməd Zülfüqarlı isə deyib ki, təmsil etdiyi şirkət Azərbaycanın ən böyük İKT şirkətlərindən olmaqla dünyanın bu sahədə fəlaiyyət göstərən 20 böyük korporasiyası ilə əməkdaşlıq edir. O, bildirib ki, Azərbaycanda bir çox dövlət qurumları və özəl şirkətlərinin fəaliyyətinin, göstərdiyi xidmətlərin elektronlaşdırılmasını həyata keçirən "Ultra" təhsil sahəsində İKT-nin tətbiqinin genişləndirilməsində də maraqlıdır. Çünki, bu yeniliklərin tətbiqi təhsildə şəffaflıq, operativlik, keyfiyyət artımı və idarəetmənin yaxşılaşdırılmasını təmin edir.
ADAU, GDU və Gəncənin orta məktəblərindən nümayəndələrin də iştirak etdiyi konfransda indiyədək "Ultra" şirkəti tərəfindən həyata keçirilən layihələr və icrası nəzərdə tutulan proqramlardan bəhs edən təqdimatlar nümayiş etdirilib. Maraq doğuran müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda konfrans iştirakçılarına sertifikatlar təqdim olunub.
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!