Bu məktəblərdə hazırlıq qrupları açıldı - SİYAHI
Bizi izləyin

Qırmızı.az

Bu məktəblərdə hazırlıq qrupları açıldı - SİYAHI

Bu il məktəbəhazırlıq qruplarının fəaliyyət göstərəcəyi məktəblərin şəbəkəsi genişləndirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Publika.az-a verilən məlumata görə, bu ildən 124 məktəbdə məktəbəhazırlıq qrupları təşkil ediləcək. Qruplar noyabrın 2-dən mayın 31-dək davam edəcək.

Hazırlıq qrupları 2015-2016-cı tədris ilindən başlayaraq 124 məktəbdə (Binəqədi rayonu üzrə 100, 143, 144, 157, 246, 284, 300, Nərimanov rayonu üzrə 34, 36, 39, 45, 47, 57, 212, 258, Nəsimi rayonu üzrə 5, 19, 35, 46, 54, 111, 159, 164, 240, 16 THL, Nizami rayonu üzrə 10, 32, 62, 70, 129, 201, 210, 220, 229, 238, 250, 272, Pirallahı rayonu üzrə 168, 235, Qaradağ rayonu üzrə 110, 233, 274, 288, 294, 319, 320, 321, Sabunçu rayonu üzrə 68, 71, 75, 80, 96, 108, 112, 128, 142, 148, 155,187, 188, 252, 255, 307, 310, Səbail rayonu üzrə 7, 51, Suraxanı rayonu üzrə 84, 87, 89, 101, 104, 114, 140, 141, 146, 226, 232, 270, 275, 279, 281, 282, 285, 290, 316, 317, 318, 327, Xətai rayonu üzrə 17, 24, 29, 48, 56, 58, 59, 64, 95, 138, 165, 191, 204, 221, 245, 257, 263, 264, 265, Xəzər rayonu üzrə 117, 119, 120, 121, 123, 124, 125, 156, 181, 183, 234, 322, Yasamal rayonu üzrə 18, 20, 53, 60, 153) fəaliyyət göstərəcək.

Həftədə 4 gün fəaliyyət göstərəcək hazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması və müəyyən bilikləri əldə etməsidir.

Təhsilə atılan ilk addım kimi mühüm xarakter daşıyan məktəbəhazırlıq qruplarında təcrübəli, bacarıqlı, intellektual və peşəkar ibtidai sinif müəllimlərinə üstünlük verilib.

Qeyd edək ki, 2016-cı il dekabr ayının 31-dək 6 yaşı tamam olan uşaqlara məktəbəhazırlıq qruplarını bitirəndən sonra rəsmi sənəd – sertifikat veriləcək.

Məktəbəhazırlıq qrupları 2014-2015-ci tədris ilində təhsil nazirinin müvafiq əmrinə əsasən, bir sıra məktəblərdə açılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm