Prezidentdən Tarix Muzeyinə hədiyyə
Bizi izləyin

Qırmızı.az

Prezidentdən Tarix Muzeyinə hədiyyə

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi tərəfindən AMEA Milli Azərbaycan Tarix Muzeyinə Birinci Avropa Oyunlarının xatirə medalı hədiyyə edilib.

Muzeydən Publika.az-a verilən məlumata görə, 925 karatdan ibarət gümüş əsaslı qızıl suyuna salınmış medal VIP qonaqlar üçün nəzərdə tutulub.

2015-ci il Bakıda keçirilən ilk Avropa Oyunları loqosunun xatirə medalı Milli Azərbaycan Tarixi Muzeyinin Xüsusi fonduna təhvil verilib.

Xatirə medalı muzeyə gələn ziyarətçilərin Bakıda keçirilən ilk Avropa Oyunlarına olan marağını artıracaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm