Müdafiə Nazirliyinin gizirinin düşdüyü qəza (VİDEO)
Bizi izləyin

Qırmızı.az

Müdafiə Nazirliyinin gizirinin düşdüyü qəza (VİDEO)

Müdafiə Nazirliyinin gizirinin düşdüyü qəza (VİDEO)

Bakı-Quba yolunun 27-ci kilometrliyində Sumqayıt şəhəri ərazisində ağır yol qəzası baş verib.

Qəza zamanı 24 yaşlı İbrahimov Zaur Zöhrab oğlu idrə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olan zaman sürücü idarəetməni itirib və maşın yol ayrıcındakı dəmir arakəsməyə çırpılıb.

Avtomobildə sıxılmış vəziyyətdə olan sürücünü xilas etmək üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin xüsusi riskli xilasetmə xidmətinin əməkdaşları cəlb edilib. Xilasedicilər tərəfindən avtomobildən çıxarılan sürücü ağır bədən xəsarətləri ilə Sumqayıt şəhər xəstəxanasına çatdırılıb. Amma bütün tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.


Qəza ilə bağlı Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən hadisə yerində araşdırma aparılıb. Faktla bağlı cinayət işi başlanılıb istintaq gedir. Qəzanın baş vermə səbəbləri isə istintaqın sonunda bəlli olacaq.

Hadisə zamanı dünyasını dəyişən 24 yaşlı Rauf İbrahimov Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin giziri olub. Hadisə zamanı isə o, xidmətdən sonra şəxsi avtomobili ilə evə qayıdırmış.(anstv)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm