Qırmızı.az
MTN-nin 7 vəzifəli şəxsi barədə cinayət işi açıldı - RƏSMİ
Milli Təhlükəsizlik Nazirliyinin ayrı-ayrı vəzifəli
şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və yol
verilmiş digər qanun pozuntuları faktları üzrə Baş Prokurorluqda
Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq
istintaq-əməliyyat qrupu yaradılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən
Publika.az-a daxil olan məlumata görə, həyata
keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə nazirliyin bir qrup
əməkdaşı tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar
qulluq səlahiyyətlərindən sui-istifadə etmə və əməliyyat-axtarış
fəaliyyəti haqqında qanunvericiliyin tələblərini pozmaqla
sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə qanunsuz
müdaxilələr edilməsi, ayrı-ayrı şəxslərin hüquq və qanunla qorunan
mənafelərinin pozulmasına əsaslı şübhələr müəyyən edilib.
Cinayət işi üzrə Milli Təhlükəsizlik Nazirliyinin 7 vəzifəli
şəxsi Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə
təqsirləndirilən şəxs qismində cəlb olunaraq həmin maddələrdə
nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin müvafiq qərarları
ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi