• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Millət vəkili Qənirə Paşayeva Fəxri Diplomla təltif olundu

Millət vəkili Qənirə Paşayeva Fəxri Diplomla təltif olundu

Millət vəkili Qənirə Paşayeva Fəxri Diplomla təltif edilib. Qənirə xanım Publika.az-a bildirib ki, diploma onu Milli Mətbəx irsimizin təbliğinə göstərdiyi daimi diqqətə və dəstəyə görə Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyası layiq görüb.

Qeyd edək ki, oktyabrın 20-də Azərbaycan Milli Kulinariya Mərkəzi (AMKM) və Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) təşkilatçılığı ilə Bakıda Beynəlxalq Kulinariya Günü qeyd olunub. AMKA-nın prezidenti, UNESCO-nun Ənənəvi Qida Komitəsinin sədri Tahir Əmiraslanov bu günün dünyada 12-ci, Azərbaycanda isə 9-cu dəfədir ki qeyd edildiyini bildirib və rəhbərlik etdiyi qurumun son illər gördüyü işlər haqqında məlumat verib.

Tahir Əmiraslanov bildirilib ki, tədbir çərçivəsində Bakıda ilk dəfə olaraq Beynəlxalq Çay Festivalı da keçirilir.

Həmçinin ənənəsinə sadiq olaraq T.Əmiraslanov rəhbərlik etdiyi qurumun adından il ərzində milli kulinariyanın inkişafında xüsusi xidmətlərinə görə fərqlənən idarə və təşkilatların, media qurumlarının nümayəndələrini diplomla təltif edib. Millət vəkili Qənirə Paşayevanın hər zaman Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının yaxın dostu kimi bu qurumlara dəstək göstərməsi, öz çıxışlarında hər zaman bu istiqamətdə məsələlərə böyük diqqət və önəm verməsi barədə geniş məlumat verib. O bildirib ki, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birlikdə Milli Mətbəx irsimizin təbliğinə göstərdiyi daim diqqətə və dəstəyə görə millət vəkili Qənirə Paşayevanı Beynəlxalq Kulinariya Günündə Fəxri Diplomla təltif etmək barədə qərar qəbul edib.

Fəxri Diplomu alan millət vəkili Qənirə Paşayeva hər iki təşkilatın üzvlərinə təşəkkürünü bildirib və bundan sonra da kulinarların dostu kimi Milli Mətbəximizin təbliği istiqamətində Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının gördüyü böyük işlərə əlindən gələn dəstəyi göstərməyə davam edəcək.

Hər iki təşkilatın Milli Mətbəximizin təbliği istiqamətində gözəl işlər gördüyünü deyən Q.Paşayeva bu istiqamətdə işlərə dəstək göstərməyin hər birimizin borcu olduğunu vurğulayıb.

Rəsmi mərasimdən sonra festivalda Yaponiya, Koreya Respublikası, Çin, İran, Hindistan, Türkiyə və digər ölkələrin çay süfrələri nümayiş olunub. Çay süfrələri hər ölkənin ənənələrinə uyğun şəkildə Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklər tərəfindən təşkil edilib.

Qənirə Paşayeva belə tədbirlərin ölkələrimiz arasında dialoqa, anlaşmaya, sülhə xidmət etdiyini deyib, müxtəlif ölkələrin təmsilçiləri ilə bu istiqamətdə söhbətlər edib və onlara uğurlar arzulayıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR