• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bu qurumlar Heydər Əliyev prospektinə köçürüləcək

Bu qurumlar Heydər Əliyev prospektinə köçürüləcək

"Bakı şəhərinin Heydər Əliyev prospektinə gəlir əldə etmək imkanına malik olan, səhmləri dövlətə məxsus səhmdar cəmiyyətlər də köçürüləcək".

Bunu “APA-Economics”ə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov bildirib.

"Heydər Əliyev prospektində yerləşən qurumları təmiz dövlət orqanı saymaq olmaz. Onların bir hissəsi səhmdar cəmiyyətdir. Düzdür, həmin müəssisələrin səhmləri dövlətə məxsusdur, lakin bu orqanlar gəlir əldə etmək imkanına malik səhmdar cəmiyyətlərdir və ya fondlardır. Onlar özlərinə, öz imiclərinə uyğun olaraq yeni yaraşıqlı bina tikə bilərlər ki, bu da həmin qurumun müəyyən bir potensialını göstərir. Bu həm də dağınıq şəkildə olan müxtəlif xırda inzibati qurumları bir yerdə cəmləşdirməyə imkan verir. Bütün bunlar iş nöqteyi-nəzərindən də məqsədəuyğundur", - deyə D. Dövlətxanov vurğulayıb.

Sədr müavini bildirib ki, gələcəkdə Heydər Əliyev prospektinə Mərkəzi Bank, Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsinin inzibati binası köçürüləcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR