• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Zığda sürüşmə davam edərsə, fəlakət ola bilər" – AÇIQLAMA

“Zığda sürüşmə davam edərsə, fəlakət ola bilər" – AÇIQLAMA

“Azərbaycanın bir sıra ərazilərində sürüşmə sahələrində aktivlik yaranıb. Ən aktiv sürüşmə sahələri Zığ və Masazır qəsəbələrindədir. Yağışlardan sonra bu ərazilərdə çatların dinamikasında müəyyən genişlənmə hiss olunur”.

Bunu Publika.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev bildirib.

O qeyd edib ki, respublikanın digər sürüşmə olan ərazilərində də yağışlarla əlaqədar aktivlik müşahidə olunur: “Bakı-Şamaxı yolunun 109, 111-ci km-lərində, İsmayıllı rayonunun Muğanlı ərazisində, Xankəndi kəndində sürüşmə sahələrində yağışlarla əlaqədar olaraq nəzərəçarpacaq dərəcədə aktivləşmə müşahidə edilir. Hələlik güclü yağışlar yoxdur, amma yağışlar artarsa, aktivləşmə də arta bilər. Hazırda yaşamaq üçün ən təhlükəli sürüşmə sahəsi isə Zığ qəsəbəsidir. Bu sahədə ümumilikdə 100-dən artıq ev təhlükəli vəziyyətdədir və sürüşmə davam edərsə, fəlakət ola bilər", - Ə.Piriyev bildirib.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR