• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Vaqifin ifası və efir qaraçılarının hay - küyü

Vaqifin ifası və efir qaraçılarının hay - küyü

Çoxdan idi ki, bu haqda nəsə yazıb fikrimi bildirmək istəyirdim. Çünki mövzu ən çox narahat olduğum məsələlərdən biridir.

Belə ki, son illər şou-biznesin və s. sahələrin qaraçı təfəkkürlü nümayəndələri ölkə efirini bürüyüblər. Hətta onlar o qədər irəli gediblər ki, insanlara belə, hörmət etmirlər. Efirdə ağızlarına gələni danışırlar, bir-birilərini təhqir edirlər. Sonra da xalqa əxlaq dərsi keçirlər.


Hətta bu kimi vəziyyət televiziyalarda adi hala çevrilib. Eyni zamanda, səsi olmayanlar müxtəlif yollarla efirlərə ayaq açaraq, səsi olanların yanında musiqi sənətinin fəlsəfəsinin mahiyyətini izah edirlər.

Halbuki hər kəsə aydındır ki, onların səsi hansı şəraitdə hazırlanır. Bir canlı ifa ilə özlərini asanlıqla ifşa edirlər. Və canlı ifa görən kimi quzu qurdu gördüyü kimi qorxuya düşürlər.


Təbii ki, zamanla belə “sənət” sahiblərinin aradan çıxıb, gəldikləri ünvana qayıdacaqlarını bilirik. Çünki özlərini aldatdıqlarını yaxşı dərk edirlər. İndi nə desək belə, bu kimi sözləri bu qulaqdan alıb, o biri qulaqdan buraxacaqlar. Hələlik nəyinsə gücünə özlərini gündəmdə saxlayırlar. Bu vəziyyət üzünmüddətli davam edə bilməz.


Unutmasınlar ki, istedadlı gənclərimiz ortaya çıxıb meydanı belələrindən təmizləyəcəklər. Artıq nəticələr ortadadır. Bir nəticəni qeyd edərdim:

Bu günlərdə 18 yaşlı Vaqif Nağıyev adlı soydaşımız dünyanın məşhur “Səs” (The voice) layihəsinin Ukrayna versiyasında iştirak edərək hamını heyran edib. Qürurverici hal odur ki, Vaqifin ifasının tərkib heyətinə məşhur münsiflər daxil olublar. Vaqif Nağıyev Sergey Lazarev, Ani Lorak, Tamara Qverdçiteli və Svyatoslav Vakarçukun daxil olduğu münsiflər heyətinin qarşısında Müslüm Maqomayevin repertuarından “Sinyaya veçnost” (“Mavi əbədiyyət”) ifası ulduz münsifləri məftun edib.

Bunun nəticəsdir ki, onun səsinə münsiflər heyətinin bütün üzvləri səs veriblər. Nəticədə, Vaqif Nağıyev layihədə öz iştirakını Tamara Qvirdçitelinin komandasında davam etdirəcək. Vaqif ifası ilə Müslüm Maqomayevin necə sevildiyini göstərdi və orada deyilən xoş sözlər bunu bir daha sübut etdi. Bir Azərbaycan türkü olaraq Müslüm Maqomayevlə bir daha fəxr etdim.


Sonda qısa olaraq xatırladım ki, ola bilər Vaqif Nağıyev ismi əvvəllər çox adam üçün tanış olmayıb, artıq bu 18 yaşlı gənc qısa zamanda tanınmış ifaçıya çevrilib. Hamı ondan danışır və sosial şəbəkələrdə minlərlə insan onun ifa etdiyi musiqini paylaşır. Youtubedə onun ifasını izləyənlərin sayı durmadan artır. İnsanlar illərdir ki, belə ifalar üçün darıxıblar.


Vaqif Nağiyevə uğurlar arzulayırıq. Səsi daha ucalardan gəlsin. İnşallah, inanırıq ki, arzuladığımız kimi də olacaq. Çünki Vaqifin potensialı buna imkan verir.

Hesab edirəm ki, Vaqif kimi ifaçıların səsi efir qaraçıları üçün dərs olmalıdır. Onların səsi illərdir ki, başımızı fonoqramla aldadan, canlı ifanı görüb qaçan “müğənnilərə” sərt cavabdır. Bu cavabdan nəticə çıxartmayanlar əsl səsin sədası ilə yox olacaqlar.

Qısası, bu gün insanlara boş, mənasız və kompyuterdə yazılan səslər lazım deyil.

Elnur Eltürk

Xəbər lenti

DAHA ÇOX XƏBƏR