"WizzAir" qayıdır
Bizi izləyin

Qırmızı.az

"WizzAir" qayıdır

"Biz "WizzAir" şirkətinin təkliflərinin 99%-ini qəbul etdik və sonunda razılaşdıq".

Publika.az APA-ya istinadən xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti Arif Məmmədov deyib.

A.Məmmədov bildirib ki, 3 gün sonra, oktyabrın 27-si "WizzAir"in rəsmiləri Bakıya səfər edəcək və oktyabrın 28-i AZAL və Macarıstan şirkəti arasında rəsmi imzalanma mərasimi baş tutacaq.

"Biz onlara təklif etmişik ki, qış mövsümündə uçuşlar həyata keçirsinlər. Amma onlar mart ayından etibarən Budapeşt reyslərini bərpa edəcəklər. Özü də onların istədiyi güzəştlər əsasında", - deyə AZAL rəsmisi bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm