Müəllimlərə siqaret çəkmək qadağan edilə bilər
Bizi izləyin

Qırmızı.az

Müəllimlərə siqaret çəkmək qadağan edilə bilər

Orta məktəblərdə müəllimlərə siqaret çəkmək qadağan edilə bilər.

Movqe.az xəbər verir ki, bu barədə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini deputat Musa Quliyev bildirib. M.Quliyev deyib ki, ictimai nəqliyyatdan sonra məktəblərdə də tütünsüz mühit yaratmağın vaxtı çatıb.

M.Quliyev bildirib ki, məktəblərdə müəllimlərin siqaret çəkməsini qadağan etmək şagirdlər arasında siqaret istifadəçilərinin də sayının azalmasına təsir göstərəcək: "Məktəb təlim-tərbiyə ocağıdır. Orada hansısa müəllim şagirdlərin gözü qarşısında siqaret çəkirsə, zərərli vərdişi təbliğ etmiş olur. Ona görə də, düşünürəm ki, bu məsələ gələcəkdə Milli Məclisdə müzakirəyə çıxarılmalı, qanuna salınmalıdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm